Türkdilli ölkələrin iqtisadi inkişaf imkanları müzakirə olunub

Türk İnvestisiya Fondunun (TİF) yeni mərkəzində Türk Dövlətləri Təşkilatının (TDT) Baş katibi Kubanıçbek Ömüralıyev, fondun prezidenti Bağdad Amreyev və baş direktoru Ramil Babayev arasında görüş olub.

SİA xəbər verir ki, görüşdə TDT-yə üzv və müşahidəçi dövlətlər arasında iqtisadi əməkdaşlığın gücləndirilməsinin imkanları müzakirə edilib. Tərəflər regional proseslər, ticarətin artırılması və Türk dünyası arasında ortaq investisiya layihələrinin asanlaşdırılması üçün mərkəzi mexanizm olaraq resursların prioritet sahələrə ayrılması, dayanıqlı inkişafın təşviqi və TDT çərçivəsində iqtisadi inteqrasiyanın artırılmasına yönəlmiş strategiyalar ətrafında fikir mübadiləsi aparıblar. Bu kontekstdə K.Ömüralıyev fondun konkret layihələrin maliyyələşdirilməsi üçün tez bir zamanda aktivləşdirilməsinin vacibliyini qeyd edib.

Bağdad Amreyev fondun məqsəd və hədəfləri, eləcə də mövcud əməliyyatların davamlılıq prosesi haqqında məlumat verib.

Tərəflər layihələri nəzərdən keçirib, regional çətinliklərin həlli, eləcə də iqtisadi inkişaf imkanlarının dəyərləndirilməsi haqqında danışıblar.

Görüşün nəticəsində TDT və TİF bir daha əməkdaşlığı gücləndirmək öhdəliklərini təsdiqləyib, regionun iqtisadi dayanıqlığını və rəqabətədavamlılığını artıracaq birgə təşəbbüslərin həyata keçirilməsi üçün sıx əməkdaşlıq etmək barədə razılığa gəliblər.

Bütün xəbərlər Facebook səhifəmizdə