“Mühafizə zonaları”nda qaydaları pozan 5377 nəfər saxlanılıb

2024-cü ildə neft və qaz ixrac boru kəmərlərinin “mühafizə zonaları”nda mühafizə qaydalarını pozan 5377 nəfər (onlardan 18 nəfəri xarici vətəndaş) saxlanılıb. Onlardan 5361 nəfərinə xəbərdarlıq edilib, 15 nəfəri isə ərazi aidiyyəti üzrə tədbir görülməsi üçün polis şöbələrinə təhvil verilib. SİA xəbər verir ki, bunu Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyində 2024-cü ildə görülmüş işlərə və qarşıda duran vəzifələrə dair müşavirədə Agentliyin rəisi general-mayor İlqar Abbasov deyib.

Onun sözlərinə görə, ötən illə müqayisədə saxlanılanların sayı 462 nəfər, xarici vətəndaşların sayı 2 nəfər azalıb. Bütün şübhəli halların aidiyyəti üzrə tam araşdırılması təmin edilməklə ixrac boru kəmərlərinin təhlükəsizliyinə xələl gətirəcək hallar qeydə alınmayıb.

Bütün xəbərlər Facebook səhifəmizdə