2025-ci ildə Azərbaycanda dövlət büdcəsi xərclərinin 320,5 milyon manatı və yaxud 0,8 %-i Naxçıvan Muxtar Respublikasının büdcəsinə verilən dotasiyanın payına düşəcək. SİA bu barədə Maliyyə Nazirliyinə istinadən xəbər verir.
Məlumata görə, bu, 2024-cü ilin təsdiq olunmuş proqnozu ilə müqayisədə 4,8 % azdır.
Naxçıvana dotasiya ümumi dövlət xidməti xərclərinin 6,1 %-ni təşkil edəcək.
Xatırladaq ki, gələn il büdcə gəlirlərinin 38 milyard 316 milyon manat, büdcə xərclərinin isə 41 milyard 367,6 milyon manat olacağı gözlənilir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB