Bakıda forum öz işinə başlayıb - FOTOLAR

Bakıda “Yaşıl dünya naminə Həmrəylik: Dayanıqlı Gələcək üçün Tullantıdan Dəyərə” adlı Beynəlxalq Forumu öz işinə başlayıb. SİA xəbər verir ki, Bakı forumunda ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev, BMT-nin Ətraf Mühit Proqramının icraçı direktoru İnqer Anderson, Milli Məclisin Təbii Sərvətlər, energetika və ekologiya komitəsinin sədri Sadiq Qurbanov, BMT-nin səlahiyyətli təmsilçiləri, müxtəlif beynəlxalq təşkilatların, o cümlədən bir sıra xarici ölkələrin nümayəndələri, həmçinin digər maraqlı tərəflər iştirak edirlər.

ETSN, “Təmiz Şəhər” ASC-nin təşkilatçılığı ilə keçiriləcək beynəlxalq forumda məqsəd ətraf mühitin mühafizəsi, dayanıqlı gələcəyə doğru birgə fəaliyyət, ekoloji həmrəylik və idarəçilik sahəsində ölkəmizin liderlik rolunu qlobal miqyasda təşviq etmək, eyni zamanda, tullantıların idarə olunmasında ən yaxşı təcrübələrin və innovativ yanaşmaların yayılmasını, əməkdaşlığın gücləndirilməsini təmin etməkdir.

Qeyd edək ki, forum iki gün davam edəcək.

Bütün xəbərlər Facebook səhifəmizdə