Dünya Bankı Azərbaycanın “yaşıl enerji”yə keçidinə dəstək verəcək
Dünya Bankı (WB) Azərbaycanın “yaşıl enerji” keçidi üzrə nailiyyətlərinin artırılmasına dəstək verməyə hazırdır. SİA xəbər verir ki, bunu energetika naziri Pərviz Şahbazov “X” sosial şəbəkəsindəki hesabında bildirib.
“ABŞ-da Dünya Bankının vitse-prezidenti Antonella Bassani ilə görüşdə COP29-a töhfə olaraq şəbəkənin gücləndirilməsi layihəsinə maliyyə dəstəyinin sürətləndirilməsini razılaşdırdıq. DB Azərbaycanın “yaşıl enerji” keçidi üzrə nailiyyətlərinin artırılmasına dəstək verməyə hazırdır”, - deyə nazir bildirib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB