KOBİA sədri sahibkarlarla görüşüb

Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) İdarə Heyətinin sədri Orxan Məmmədov və agentliyin rəhbər heyəti sahibkarlarla görüş keçirib. KOBİA-dan SİA-ya bildirilib ki, qəbulda iştirak edən sahibkarların müraciətləri dinlənilib, sualları cavablandırılıb. Qəbul zamanı qaldırılan məsələlərin araşdırılacağı və agentliyin səlahiyyətləri çərçivəsində həlli istiqamətində müvafiq tədbirlər görüləcəyi bildirilib.

Qeyd edək ki, 2023-cü ildə agentliyin inzibati binasında KOBİA-nın rəhbər vəzifəli şəxsləri tərəfindən 250-dən çox vətəndaşlarla görüş keçirilib.

Bütün xəbərlər Facebook səhifəmizdə