Avtomobillərin qiyməti yenidən bahalaşacaq? - İQTİSADÇI İZAH ETDİ
“2023-cü ilin mart-aprel aylarından etibarən köhnə avtomobillərin ölkəyə idxalında məhdudlaşdırılma prosesi tətbiq olunmağa başlayıb. Qayda ondan ibarətdir ki, istismar müddəti 10 ili keçmiş avtomobillərin ölkəyə gəlişi qadağan edilir. Növbəti ildən isə 2014 və ondan əvvəlki illərin idxalına məhdudiyyət qoyulacaq. Bu qərardan sonra il ərzində avtomobil bazarında müəyyən dəyişikliklər müşahidə etdik. Ölkəyə gələn avtomobillərin qiymətində artım oldu. Çünki istehsal tarixi köhnə olan yəni, ucuz avtomobillər idxal olunmadı. Son 10 ayın statistikasına nəzər yetirsək, ölkəyə daxil olan avtomobillərin dəyərinin daha yüksək olduğunu görərik”. Bu sözləri SİA-ya açıqlamasında iqtisadçı Xalid Kərimli deyib.
İqtisadçı sözlərinə davam edərək bildirib ki, təbii ki, köhnə avtomobillərin ölkəyə gəlişinə qoyulan məhdudiyyət avtomobil bazarında qiymətlərə təsir göstərəcək: “Bazara daxil olan avtomobillər baha qiymətə idxal olunduğu üçün baha qiymətə də satılır. Əslində, bu qərar verildikdə dövlətin məqsədi iqtisadi və sosial məsələlər deyil, daha çox ekoloji və təhlükəsizlik məsələləri idi. Qərar bu cür əsaslandırılıb ki, köhnə avtomobillər ətraf-mühiti daha çox çirkləndirir, hərəkət təhlükəsini artırır və s. Bu baxımdan qərarın qəbulu öz məqsədinə çatıb”.
Ləman Sərraf
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB