Azərbaycan-Türkmənistan Hökumətlərarası Komissiyanın iclası keçirilib - FOTO
Aşqabadda Azərbaycan-Türkmənistan Birgə Hökumətlərarası Komissiyasının yeddinci iclası keçirilib. SİA xəbər verir ki, bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov “X” sosial şəbəkəsindəki hesabında bildirib.
“Ölkələrimizin iqtisadi müstəvidə ortaq maraqlarına xidmət edən təşəbbüslər, həmçinin sənaye, ticarət, KOB, energetika, nəqliyyat, kənd təsərrüfatı və digər sahələrdə əməkdaşlığın perspektivləri barədə fikirlərimizi bölüşdük”, - deyə nazir qeyd edib.
Xatırladaq ki, iqtisadiyyat naziri Mikayıl Cabbarovun rəhbərlik etdiyi nümayəndə heyəti Türkmənistanda rəsmi səfərdədir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB