Aviabilet alıb-satanlar vergini necə ödəməlidir? - İQTİSADÇI AYDINLIQ GƏTİRDİ

Aviabilet alıb-satanlar vergini necə ödəməlidir? - İQTİSADÇI AYDINLIQ GƏTİRDİ

"Vergi Məcəlləsinin 155.1. maddəsinə əsasən sahibkarlıq fəaliyyəti göstərən və ardıcıl 12 aylıq dövrün istənilən ayında (aylarında) vergi tutulan əməliyyatlarının həcmi 200.000 manatdan artıq olan şəxslər, o cümlədən bu Məcəllənin 218.1-ci maddəsi ilə müəyyən edilmiş hüquqdan istifadə etməyən ictimai iaşə fəaliyyəti ilə məşğul olan şəxslər (bu Məcəllənin 218.4.1-ci, 218.4.2-ci və 218.4.3-cü maddələrində göstərilənlər istisna olmaqla) bu Məcəllənin 157.3.1-ci maddəsində göstərilən tarixdən 10 gün ərzində ƏDV-nin məqsədləri üçün qeydiyyata dair ərizə verməyə borcludur". Bu sözləri SİA-ya açıqlamasında iqtisadçı ekspert Rauf Qarayev deyib.

Onun sözlərinə görə, əgər vastəçilik göstərən şəxs fiziki şəxsdirsə gəlir vergisi, təşkilatdırsa mənfəət vergisi yəni gəlirindən 20 faiz tutularaq vergiyə cəlb olunmalıdır: "Məsələn, A subagenti AZAL şirkəti ilə 300 000 manatlıq müqavilə bağlayıb.

300 000 AZN : 200 AZN = 1500 bilet alıb. 1500 biletin üstünə 20 manat xidmət haqqı qoyub. 1500*20 = 30 000 AZN gəlir əldə edib. Belə olan halda 30 000 *20% = 6000 manat vergiyə cəlb olunacaq.

Əgər malın dəyirinə ticarət əlavə tətbiq olunursa (Vergi Məcəlləsinin 13.2.64. maddəsinə əsasən) ticarət əlavəsi - malın ƏDV tətbiq edilmədən pərakəndə satış qiyməti (mallar əvəzsiz təqdim edildiyi və ya barter olunduğu halda bazar qiyməti) ilə mal göndərənə ödənilən alış qiyməti arasındakı fərq) 1500 bilet * 200 AZN = 300 000 bu halda 20 faizdən əlavə ƏDV (18%) məbləğ də tutulmalıdır. Əgər fiziki şəxs və ya hüquqi şəxs əhaliyə xidmət göstərirsə və onun gəliri 200000 manat həddini keçməyibsə bu halda 2 faiz gəlirindən vergi ödəyəcək. Məsələn, A subagenti AZAL şirkəti ilə 100 000 manatlıq müqavilə bağlayıb.

100 000 AZN : 200 AZN = 500 bilet alıb. 500 biletin üstünə 20 manat xidmət haqqı qoyub. 500*20 = 10 000 AZN gəlir əldə edib. Belə olan halda 10 000 *2% = 200 manat vergiyə cəlb olunacaq".

Ləman Sərraf

Bütün xəbərlər Facebook səhifəmizdə