“Qələbə ölkə iqtisadiyyatına ciddi dividentlər qatacaq” - İQTİSADÇI ŞƏRH ETDİ

“Qələbə ölkə iqtisadiyyatına ciddi dividentlər qatacaq” - İQTİSADÇI ŞƏRH ETDİ

“Azərbaycanın 44 günlük müharibədə qələbə qazanmasından sonra ölkə iqtisadiyyatına ciddi dividentlər qatılacaq”. Bu sözləri SİA-ya açıqlamasında iqtisadçı Eldəniz Əmirov deyib.

İqtisadçı bildirib ki, hazırkı mərhələdə bu istiqamətdə ciddi pul vəsaitləri xərclənir və infrastruktur layihələri icra olunur: “İşğaldan azad olunmuş ərazilərdə bərpa və yenidənqurma işlərinə hər il büdcədən milyardlarla vəsait ayrılır.

Perspektivdə də burada 100 min hektarlarla ərazinin kənd təsərrüfatı torpaqları olaraq istifadəyə verilməsi gözlənilir. Eyni zamanda işğaldan azad edilmiş Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarının su ehtiyyatlarından kənd təsərrüfatında, suvarmada istifadə olunması, həmçinin alternativ enerji mənbələri hesabına istehsal olunacaq enerjinin ölkə iqtisadiyyatın qata biləcəyi töhfələr, sənaye, emal sahələrinin potensialı ölkə iqtisadiyyatına işğaldan azad edilmiş ərazilərə ciddi şəkildə dividentlər gətirəcəyini söyləməyə əsas verir”.

Müəllif: Səbinə Hüseynli

Bütün xəbərlər Facebook səhifəmizdə