"Strategiyamızın bir neçə istiqaməti mövcuddur" - FƏRİD OSMANOV

"Strategiyamızın bir neçə istiqaməti mövcuddur" - FƏRİD OSMANOV

“Belə tədbirlərin davamlı olaraq həyata keçirilməsi təşkilatlar arasında məlumat mübadiləsi və məlumatların tərəfdaşlara ötürülməsi baxımından çox vacibdir”. SİA xəbər verir ki, bu sözləri Mərkəzi Bankın baş direktoru Fərid Osmanov "Kritik informasiya strukturlarının kibermüdafiəsində effektivlik necə təmin edilməlidir" adlı paneldə çıxışı zamanı deyib.

Fərid Osmanov sözlərinə belə davam edib: “Maliyyə bazarları dövlətin iqtisadiyyat sisteminin ən böyük parçalarından biridir. Ənənəvi olaraq ən sürətli rəqəmsallaşan maliyyə bazarlarının maliyyə sistemidir. Çünki insanların maliyyə sisteminin əlçatanlığı üçün rəqəmsallaşma bu sahədə inkişaf edir. Bu da qlobal olaraq Mərkəzi Bank qarşısında öz çağırışlarını verir. Biz də bu barədə öz addımlarımızı atırıq.

Mərkəzi Bank klassik olaraq maliyyə sabitliyi tətbiq edən bir sturukturdur. Amma həm də tənzimləyici və nəzarətedici funskiyası var. Maliyyə bazarları deyərkən bank sektoru nəzərdə tutulur. Bu da həm sevindirici, həm də kədərlidir. Maliyyə bazarları kapital bazarlarını və maliyyə sektorunu özündə ehtiva edir. Mərkəzi Bank haqqında qanunda tənzimləmə nəzarət bəndi altında informasiya təhlükəsizliyinin minimum tələbləri müəyyən olunur.

Mərkəzi Bankda qanuna müvafiq dəyişikliklər olub. Biz nəinki bank sektoru üzrə, həm də sığorta və kapital bazarları üzrə informasiya təhlükəsizliyini müəyyən edirik. Qiymətləndirmə zamanı bu gün fərdi məlumatlar bank sektorunda formalaşır. Biz bu barədə kifayət qədər yol qət etməliyik. Bununla bağlı qiymətləndirmə də həyata keçirmişik. Biz kibertəhlükəsizlik strategiyamızı müəyyən etmişik.

Bəs, bu zərurət haradan yaranır? İnsanların ödəniş davranışları və həyat tərzi rəqəmsal xidmətlərə təşviq edir. Bu zərurətdən irəli gələrək maliyyə bazarları üzrə kibertəhlükəsizlik strategiyasını formalaşdırdıq və bazarda qiymətləndirmə etdik. Kibermüharibədə iştirak edən təşkilatların əksəriyyəti banklardır. Bu bizi sevindirir. Gələcəkdə sığorta təşkilatları da burada olsa yaxşı olar. Bu barədə addımlar atılır. Çünki sığorta üzrə təkmilləşdirməyə ehtiyac var. Strategiyamızın bir neçə istiqaməti mövcuddur. Bu istiqamətlər üçün aidiyyatı qurumlarla sıx əməkdaşlıq etməliyik. Bu əməkdaşlıq çox vacibdir”.

Ayşən Vəli

Bütün xəbərlər Facebook səhifəmizdə