“Kritik İnformasiya İnfrastrukturlarının kibermüdafiəsində effektivlik necə təmin edilməlidir?”

“Kritik İnformasiya İnfrastrukturlarının kibermüdafiəsində effektivlik necə təmin edilməlidir?”

Xəbər verdiyimiz kimi, bu gün “Critical Infrastructure Defence Challenge 2023” (CIDC-2023) adlı tədbir keçirilir. SİA xəbər verir ki, hal-hazırda tədbirin “Kritik İnformasiya İnfrastrukturlarının kibermüdafiəsində effektivlik necə təmin edilməlidir?” mövzusunda panel müzakirə baş tutur.

Paneli giriş nitqi ilə moderator, Azərbaycan Kibertəhlükəsizlik Təşkilatları Assosiasiyasının (AKTA) İdarə Heyətinin sədri Elvin Balacanov açıb.

Qeyd edək ki, paneldə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Elektron Təhlükəsizlik Xidmətinin rəisi Samir Rəsulov, Dövlət Təhlükəsizliyi Xidmətinin Kibertəhlükəsizlik Mərkəzinin rəisi Davud Rüstəmov, Mərkəzi Bankın baş direktoru Fərid Osmanov da iştirak edir.

Ayşən Vəli

Bütün xəbərlər Facebook səhifəmizdə