"Büdcədə əlavə vəsaitlərin yaranması nəzərdə tutulur” - İQTİSADÇI DANIŞDI
“Azərbaycanda son 5-6 ayın nəticələrinə əsasən, dövlət büdcəsində 3 milyarddan yuxarı vəsait var. Bu vəsaitin 2 milyarddan çoxu Şərqi Zəngəzurun və Qarabağ iqtisadi zonasının quruculuq, bərpa işlərinə yönəldilməsi nəzərdə tutulur. Bura mina təmizləmə, bir çox infrastruktur məsələlərinin yenilənməsi, Böyük Qayıdışla bağlı digər proqramların həyata keçirilməsi üçün vəsaitin xərclənməsi nəzərdə tutulur”. Bu sözləri SİA-ya açıqlamasında iqtisadçı Eyyub Kərimli deyib.
Onun sözlərinə görə, digər bir milyard məbləğ isə ölkənin müdafiə potensialının gücləndirilməsinə xərclənəcək: “Onu da qeyd edim ki, bundan öncə büdcədə neftin qiyməti 50 dollar olaraq götürülmüşdü, hazırda isə neftin qiyməti 60 dollar olaraq götürülür. Hesab edirəm ki, ilin sonuna qədər büdcədə əlavə vəsaitlərin yaranması nəzərdə tutulur”.
İqtisadçı sözlərinə davam edərək bildirib ki, bu vəsaitlərdən əlavə dövlət borcunun xidmətinə əlavə vəsaitlərin yönəldilməsi, həmçinin bəzi dövlət qurumları – Azərkosmos, Azərsky səhmdar cəmiyyətinin nizamnamə kapitalının artırılması, dəmiryolu sahəsi, elektrik enerji təhcizatlarının yaxşılaşdırılması, sahibkarlara güzəştli kreditlərin subsidiyalaşdırılması, bəzi büdcə təşkilatlarının maddi təminatının yaxşılaşdırılması, büdcə təşkilatlarının büdcədənkənar borclarının xidməti üçün müəyyən vəsaitlərə bölünməsi nəzərdə tutulub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB