Neft qiymətləri aşağı düşüb

Neft qiymətlərində enişi müşahidə edilməkdədir. Qeyd edilməlidir ki, “Brent” markalı neftin qiyməti 2021-ci ilin sonundan bəri ilk dəfə olaraq 75 dollardan aşağı düşüb.

SİA-nın xarici qaynaqlardan əldə etdiyi məlumata görə, bu gün neftin dünya qiymətləri eniş tempini sürətləndirib.

Beləliklə,Moskva vaxtı ilə saat 16.23-də “Brent” markalı neftin may fyuçerslərinin qiyməti 3,55 faiz azalaraq bir barel üçün 74,72 dollar təşkil edib - belə aşağı qiymət 2021-ci ilin sonundan bəri ilk dəfə qeyd olunub və 75 dollardan aşağı düşüb.

Rusiyanın “RİA Novosti” xəbər verir ki, WTI markalı neftin aprel fyuçersləri 3,86 faiz ucuzlaşaraq bir barel üçün 68,58 dollar təşkil edib.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə