"Qeyri-neft sektoru üzrə ildən-ilə artım müşahidə edilir" - İQTİSADÇI DANIŞDI
“Azərbaycan iqtisadiyyatında neftlə yanaşı, qeyri-neft sektoru üzrə də ildən-ilə artım müşahidə edilir. Daha çox prioritet istiqamətlər arasında kənd təsərrüfatı və turizmdir”. Bu sözləri SİA-ya açıqlamasında iqtisadçı Eldəniz Əmirov bildirib.
Onun sözlərinə görə, pandemiya turizmi sıradan çıxartsa da, kənd təsərrüfatında nisbi artımlar hər il müşahidə olunur: “Prioritet istiqamət olaraq Azərbaycanda qeyri-neft ixracını da göstərə bilərik. Hansı ki, sənaye parklarında istehsal olunan məhsullar hazırda Azərbaycanda ixracda getdikcə çəkisi artan məhsullar sırasındadır.
Eyni zamanda Azərbaycanda qeyri-neft sektoru olaraq alternativ enerji resurslarından istifadə və bu sahəyə yatırılan investisiyanı da qeyd etmək olar”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB