Rəssam gördüklərini yox, hiss elədiklərini çəkir

Təsviri incəsənətdə rəsm — eskiz və ya etüddən fərqli olaraq bitmiş xarakterə malik və müəyyən bədii mənaya sahib olan əsərdir. Freskadan və ya kitab miniatürlərindən fərqli olaraq rəsmin müəyyən interyer və ya dekorasiya sisteminə bağlı olması vacib deyildir. Hər bir rəsm əsəri adətən üç hissədən ibarət olur ki, bunlar bünövrə (kətan, taxta, metal, karton, kağız, daş, ipək və s.), zəmin və boya qatıdır.
Biz də SİA olaraq, Azərbaycan Rəssamlıq Akademiyasına müraciət edərək, fərqli dərs prosesini çəkməyə çalışdıq.


Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının mətbuat katibi Günay Əsgərova:
“Azərbaycan Dövlət Rəssamlıq Akademiyası 2000-ci ildə yaradılıb. İki il bundan öncə 20 illik yubileyini qeyd etdik. Bu akademiya digər təhsil ocaqlarından olduqca fərqlənir. Burada uşaqlar incəsənət üzrə təhsil alırlar. Əlbəttə ki, tədrisdə xalq rəssamları, heykəltaraşlar cəlb olunub. Bu isə bizim tələbələr üçün həddindən artıq çox maraqlıdır. Çünki tədris prosesimiz başqa universitetlərdən fərqli olaraq daha sərbəst və maraqlı formada keçirilir. Hər bir incəsənət insanı üçün burada komfortlu şərait yaradılıb.

Uşaqlar sərbəst şəkildə işləyə bilirlər. Onlar emalatxanalarla təmin olunublar. Bakalavr pilləsini bitirdik sonra magistraturaya hazırlaşarkən hər biri ayrı-ayrılıqda emalatxana ilə təchiz olunurlar. Həmin emalatxanlarda da diplom işlərini hazırlayırlar. Akademiyamız 4 fakültədən ibarətdir. Dekorativ tətbiqi sənət fakültəsi, Memarlıq və dizayn fakültəsi, sənətşünaslıq fakültəsi və təsviri-sənət faklütəsi. Hər bir fakültənin də əlbəttə ki, fərqli kafedraları var.
Akademiyamıza qəbul imtahanlarından əlavə qabiliyyət imtahanını da uğurla vermiş şəxslər qəbul olunur. Qabiliyyət imtahanları Dövlət İmtahan Mərkəzi tərəfindən təşkil olunur. Lakin yoxlamalar bizim tərəfimizdən aparılır. Qabiliyyət imtahanının şərtləri və lazımi ləvazimatların sayı Dövlət İmtahan Mərkəzinin və Təhsil Nazirliyinin təsis etdiyi abitruyent jurnalında çap olunur. Həmçinin bizim akademiyaya aid saytımız və sosial şəbəkələrdə rəsmi səhifələrimiz də mövcuddur.

Bütün akademiyaya aid olan elanlar və burada təşkil olunan tədbirlər, sərgilərlə bağlı məlumatlar verilir.
Pandemiya dövründə də bütün universitetlərdə olduğu kimi bizim akademiyada da bizim onlayn tədris təşkil edilib. Kəsintisiz tədrisin təşkil olunasını təmin etdik. Rəssamlıq və heykəltaraşlıq fakültələrinin tələbələri üçün isə pandemiya şəraitində təhsil almaq daha çətin oldu. Çünki onlayn dərslərdə rəngin dolğunluğunu izah etmək olmur tələbələrə.
Eyni zamanda rəssamlıq, dizayn və.s ixtisaslar üzrə təhsil alan tələbələrimizlə bağlı da müəyyən şirkətlər tərəfindən müraciətlər olunur. Biz də təbii ki, tanıdığımız istedadından əmin olduğumuz tələbələrimizi həmin şirkətlərə yönləndiririk. Bundan əlavə elə tələbələrimiz də var ki, onlar bakalavr və magistratura pilələrini bitirdikədən sonra da elə akademiyamızda işlə təmin olunurlar.
Bizim akademiyada fiziki məhdudiyyətli uşaqlar həddindən artıq çoxdur. Onlar üçün bu peşələr, bizim akademiya tərəfindən tədris olunan ixtisaslar üzrə özlərini tapırlar bu ixtisaslarda. Çünki fiziki məhdudiyyətli uşaqlar özlərinə çox qapanıq olurlar. Amma burda onların istedları üzə çıxanda artıq özlərini daha yaxşı hiss edirlər. Eyni zamanda deyərdim ki, istedadları ilə digər uşaqlardan qat-qat yüksək nəticələrə sahib olurlar. Eyni zamanda akademkiyamızda onlar üçün bütün şəraitlər də yaradılıb.

Bir neçə il öncə özəl liftlər quraşdırıldı ki, əlil arabasında olan tələbələrimiz akademiya daxilində daha rahat hətəkət edə bilsinlər. Bu liftlərdən istifadə üçün onlara xüsusi kartlar da verilir. Hansı ki, bu kartlar digər uşaqlarda olmadığı üçün bu liftlərdən istifadə edə bilmirlər. Yəni sırf əlil arabasında olan uşaqlarımız üçün xüsusi olaraq bu liftlər təşkil olunub .
Akademiyanın hər bir hissəsində müxtəlif əl işləri mövcuddur ki, bunların hər biri bizim müəllim və tələbə heyətinin əl işləridir. Eyni zamanda akademiya daxilində muzey də mövcuddur. Bu muzeyimizdə də yenə də tələbə və müəllim heyətimizin əl işləri sərgilənir.
Onu da qeyd edim ki, rektorumuz hörmətli xalq rəssamı Ömər Eldarov da hər bir zaman tələbələrinin yanındadır. Siz istənilən bir anda onu tələbələrin arasında görə bilərsiz. Hər birinin də problemləri ilə maraqlanır və həll etmək üçün əlindən gələni edir”.


ADRA tələbəsi Fidan Əsgərzadə:
“Mən 5 yaşımdan etibarən rəsm çəkirəm. 11-ci sinfə kimi bunu əlavə məşğuliyyət olaraq edirdim. Hətta 1-ci ixtisas qrupu üzrə hazırlaşırdım. Lakin ikinci yarımildən fikrimi dəyişərək bura hazırlaşmaq qərarına gəldim. Daha sonra sənəti öyrəndikcə xalçaçılığa meyl saldım. Çünki bu həm də bizim tariximizdir. Biz dərsdən əlavə vaxtlarımızda isə çalışdığımız qədər xeyriyyəçilik işləri ilə məşğul olmağa çalışırıq”.


Heykəltaraşlıq kafedrasının müdiri Sevil Süleymanova:
“Pandemiya dövründə dərslərimizi davam etdirmək bizim üçün çox çətin idi. Uşaqlar işləyirdilər, daha sonra isə bizə göndərirdilər. Təbiidir ki, bizim sənətdə isə bu cür işləmək, tədris prosesini davam etdirmək olduqca çətin olur və problem yaradırdı. Bizi başa düşən rektorumuz isə sadəcə praktik dərslərin keçirilməsi üçün bizə şərait yaratmışdı. Rektorumuz yaxşı tələbələrimizi qiymətləndirir və lazım olduqda işə götürür. Eyni zamanda başqa yerlərə də yönləndirirlər. Mən gözümü açandan bəri emalatxanada böyümüşəm. 3 yaşımdan bəri atamla birlikdə emalatxanalarda çalışırdım. Bizim ailəmizdə demək olar ki, hər kəs incəsənət insanıdır”.


ADRA tələbəsi Asim Nəzərov:
“Bu peşəni marağım olduğu üçün seçmişəm. Eyni zamanda ailəmdə də incəsənətlə məşğul olanlar var. Heykəltaraşlıq seçməyimə səbəb isə bu peşəni incəsənətin ən ali peşəsi hesab etməyimdir. Pandemiya dövründə isə işləmək olduqca çətin idi. Amma evdə öz emalatxanam olduğu üçün yenə də işlərimi davanm etdirməyə çalışırdım. Düşünürəm ki, icəsənət insanlarının işləri onların psixologoyaları ilə birbaşa bağlıdır. Buna görə də pandemiya dövründə üstəlik müharibənin də təzahür etdiyi bir zamanda bu bizim psixologiyamıza olduqca mənfi təsir göstərmişdi. Buna görə də hazırladıqlarımın da çoxu pessimist idi. Lakin indi çalışıram ki, daha optimist işlər hazırlayım”.


Adra tələbəsi Fərid Məmmədov:
“İncəsənətin istənilən bir sahəsini seçmək sırf insanın öz içindən gəlir. Müharibə iştirakçısı olub qayıtdıqdan sonra da daha yaxşı anladım ki, bu peşədən başqası ilə məşğul ola bilməzdim. Müharibədə həyat bizi öldürdü, dirilitdi və təzədən yaşatdı. O vaxtkı Fəridlə indiki Fərid arasında yerlə göy qədər fərq var. Xocavənd, Şuşa, Füzuli uğrunda gedən döyüşlər uğrunda medallarım var. Çox az adama qismət oldu Füzulidən Şuşaya kimi sağ-salamat çatmaq. Dəfələrlə ölümdən qayıtdıq. Amma orada yaşadıqlarımı sadəcə xatirə olaraq xatırlamağa çalışıram, emosiyaları özümdən uzaqlaşdırmağa çalışıram.

Müharibədə olarkən əhd eləmişdim şəhid olan Vüsal Musayevin heykəlini düzəldəcəkdim. Bura gələn kimi ilk işimi elə bu heykəli hazırlamaq oldu”.

Bədii toxuculuq və xalçaçılıq kafedrasını müdiri Ədhəm Yusubov
“Bizim bu şöbə bədii toxuculuq adlandırılır. Bu kafedra iki ixtisasdan ibarətdir. Burada eskizlərin çəkilməsi və daha sonra isə toxunulması texnologiyaları öyrədilir. Burada isə əsas toxunuşdur. Bunlaırn xalça ilə oxşarlığı var. Kobud şəkildə insan fiqurlarının çəkilməsi təmiz ideal vəziyyətdə deyil. Bu isə artıq gəlib 16-cı əsrə çıxır. Artıq bunlarda müxtəlif mövzulu kompozisiyalar yaradılır. Xüsusilə də dini mövzulara üstünlük verrilir. Bunun səbəbi isə onlardan monastrları bəzəmək üçün istifadə edilirdi. Sonradan isə zadəganlaırn evini bəzəmək üçün orada konkret mövzular verilirdi.

Bu sənət Şərqdən Avropaya daha sonra isə yenidən bizə gəlib çıxıb.
Hazırda 1-ci kursu da magistrləri də burada qəbul edirəm. Burada proqram əsasında ən sadədən ən mürəkkəbəcən hər bir fiqurların toxunuşunu işləyirik. Lakin pandemiya tələbələri sənətdən uzaqlaşdırır. Onların işlərini daha ləng görmələrinə səbəb oldu. İndi isə yenidən dərsə qayıdıblar və işlərini daha sürətlə görməyə başlayıblar”.


Bərbaçı rəssam Cəlal Ağayev:
“Rəsmi çəkməzdən əvvəl ilk öncə düşünürəm. Bu mənim 1 günümü də, 1 ilimi də ala bilər. Artıq fikir beyində bişəndən sonra isə onu eskizlərə köçürürəm. Daha sonra isə artıq iş prosesi başalanılır. Eynilə bir rəsmi çəkmək də 1 gün ilə 1 ay aralığında vaxtımı ala bilər. Lakin 1 aydan çoxunu keçmir. Ümumiyyətlə düşünürəm ki, fikir ağıla gəlibsə elə həmin rəsmin işlənilməsi daha məqsədə uyğundur”.


Keramika şüşə və metal kafedrasının müəllimi, Rəssamlar İttifaqının üzvü Şahin Əlipənahov:
“Bədii metal üzrə emalatxana tələbələrin əl işləri saxlanılır. Akademiyadan açılandan bəri yəni təxminən 21-22 ilin işləri var burda. Baza kimi yığmışıq və gələcək nəsillərə örnək olaraq saxlayırıq”.

Müəllif: Səbinə Hüseynli

Bütün xəbərlər Facebook səhifəmizdə