Azərbaycanın Əməkdar artisti Macarıstanın “Qızıl Xaç” ordeninə layiq görülüb FOTOLAR
Macarıstan Prezidenti Yanoş Aderin və Baş nazir Viktor Orbanın sərəncamları ilə Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının baş dirijoru və musiqi rəhbəri, Azərbaycanın Əməkdar artisti, beynəlxalq müsabiqələr laureatı Əyyub Quliyev Macarıstanın ən yüksək dövlət mükafatı- “Qızıl Xaç” ordeni ilə təltif olunub.
SİA-nın məlumatına görə, dirijor Əyyub Quliyev bu mükafata mədəniyyət sahəsində əldə etdiyi uğurlara və Azərbaycan ilə Macarıstan arasında mədəni əlaqələrin inkişafına verdiyi xüsusi töhfələrə görə layiq bilinib.
Ordenin təqdimat mərasiminin Macarıstanın Azərbaycandakı səfirliyində keçirilməsi planlaşdırılır.
Bütün xəbərlər Facebook səhifəmizdə

.jpg)


USD
EUR
GBP
RUB