“İçərişəhər” Qoruq İdarəsi Silahlı Qüvvələrə Yardım Fonduna vəsait köçürüb

"İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin rəhbərliyi, habelə Aparatında və strukturuna daxil olan qurumlarda çalışan əməkdaşları Azərbaycan Respublikasının Silahlı Qüvvələrinə Yardım Fonduna vəsait köçürüb.
İdarədən SİA-ya bildirilib ki, qurum torpaqlarımızın azadlığı uğrunda gedən qızğın döyüşlərdə ordumuza dəstək məqsədilə Silahlı Qüvvələrə Yardım Fonduna 36 min 151 manat ianə edib.

Qarabağ bizimdir!
Qarabağ Azərbaycandır!

Bütün xəbərlər Facebook səhifəmizdə