Ermənistan silahlı qüvvələri oktyabrın 11-də gecə saat 2 radələrində cəbhə zonasından 100 kilometr uzaqda yerləşən, Azərbaycanın ikinci böyük şəhəri olan və əhalinin sıx məskunlaşdığı Gəncəni növbəti dəfə raket atəşinə tutub. Ermənistanın növbəti hərbi təcavüzü nəticəsində dağıdılan çoxmənzilli binada 9 nəfər həlak olub, 35 nəfər yaralanıb, çoxsaylı mülki infrastruktur obyektlərinə külli miqdarda ziyan dəyib.
Bununla bağlı Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu bəyanat yayıb.
SİA-nın məlumatına görə, bəyanatda deyilir: "Bu terrorizm aktı Ermənistanın təcavüzkar siyasətini bir daha açıq şəkildə ortaya qoyur. Humanitar atəşkəsi kobud şəkildə pozan erməni aqressorlarının törətdiyi bu cinayət Cenevrə Konvensiyalarına tamamilə ziddir. Dünya ictimaiyyətini beynəlxalq terrorizmə düzgün qiymət verməyə, onu qəti və açıq şəkildə qınamağa çağırırıq".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB