“Qarabağ – mədəniyyətimizin beşiyi”: Molla Pənah Vaqifin muzey-məqbərə kompleksi
1982-ci ilin yanvar ayında məşhur Azərbaycan şairi və ictimai-siyasi xadimi Molla Pənah Vaqifin Şuşada yerləşən muzey-məqbərə kompleksinin açılışı olub. Nazirlikdən SİA-ya verilən xəbərə görə, kompleks Şuşa şəhərinin ən səfalı yeri olan Cıdır düzünə yaxın bir ərazidə-dahi şairin məzarı üzərində inşa edilib. Burada M.P.Vaqifin Şuşa həyatını əks etdirən dövrlərə aid olan 80-ə yaxın eksponat da nümayiş etdirilirdi.
1992-ci ilin may ayında Ermənistan silahlı qüvvələri tərəfindən Şuşa şəhərinin işğal edilməsi nəticəsində kompleksin binası və burada sərgilənən onlarla eksponat məhv edilmiş, daşınması mümkün olan eksponatlar isə Ermənistana aparılıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB