Gənc Tamaşaçılar Teatrı Silahlı Qüvvələrə Yardım Fonduna ianə etdi

Gənc Tamaşaçılar Teatrının kollektivi işğal olunmuş Azərbaycan torpaqlarının azad edilməsi uğrunda şücaətlə döyüşən rəşadətli Ordumuza dəstək məqsədi ilə Silahlı Qüvvələrə Yardım Fonduna ianə edib. Teatrdan SİA-ya verilən xəbərə görə, silahlı qüvvələrimiz Vətənimizin ərazi bütövlüyü uğrunda döyüşlərdə böyük igidlik göstərir. Tezliklə Mübariz Ordumuzun növbəti zəfər xəbərlərini eşidəcəyimizə əminik. Biz sənət adamları da Ali Baş Komandanımızın rəhbərliyi ilə başlamış yeni eranı, hər gün gələn ümidli xəbərləri böyük ruh yüksəkliyi ilə izləyirik.

Qələbə bizimlədir! Qarabağ Azərbaycandır!

Bütün xəbərlər Facebook səhifəmizdə