“Qarabağ – mədəniyyətimizin beşiyi”: Mir Möhsün Nəvvabın Ev-Muzeyi

Şuşa şəhərinin tarixi Mamayı məhəlləsində yerləşən Azərbaycanın görkəmli şair, rəssam, xəttat və musiqişünas alimi Mir Möhsün Nəvvabın yaşadığı ev XIX əsrin memarlıq nümunələrindən biri idi. Nazirlikdən SİA-ya verilən xəbərə görə, 1990-cı ildə burada Mir Möhsün Nəvvabın Ev-Muzeyi fəaliyyətə başlayıb.

Muzeydə Mir Möhsün Nəvvabın həyat və yaradıcılığından bəhs edən eksponatlar sərgilənirdi. Bunların içərisində sənətkara məxsus çap maşını, teleskop, özünün çəkdiyi rəsm əsərləri və onun çapçılıq fəaliyyətini isbatlayan əşyalar xüsusi yer tuturdu.

Ermənistan Silahlı Qüvvələri tərəfindən Şuşa şəhərinin işğal edilməsi nəticəsində muzeyin binası və eksponatları məhv edilmişdir.

Bütün xəbərlər Facebook səhifəmizdə