Azərbaycan Milli Xalça Muzeyinin Şuşa filialı 19 may 1987-ci il tarixindən Şuşa şəhərində, XVIII əsrin tarixi-memarlıq abidəsi sayılan Mehmandarovların malikanəsində fəaliyyətə başlayıb. SİA-nın məlumatına görə, Qarabağ torpağı Ermənistan tərəfindən işğala məruz qaldığı üçün filialdakı daşınması mümkün olan eksponatlar təxliyyə olunaraq Bakıya gətirilib.
Həmin vaxtdan etibarən xilas olunmuş eksponatlar Azərbaycan Milli Xalça Muzeyinin ekspozisiyasında nümayiş etdirilir və muzeyin fondunda qorunub saxlanılır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB