Sarı Aşığın Xatirə Muzeyi haqqında məlumat

1989-ci ildə Laçın rayonunun Güləbird kəndində XVII əsrdə yaşamış bayatı ustadı Sarı Aşığın xatirə muzeyi istifadəyə verilib. Nazirlikdən SİA-ya verilən xəbərə görə, Xatirə-muzeyinə Sarı Aşıqla bağlı 150 əşya bağışlanılmış və abidəsi ucaldılıb.

Muzeyin əsas fəaliyyət növü əslən Güləbird kəndindən olan Sarı Aşığın dillər əzbəri olan bayatılarının, deyimlərinin itib-batmaması və gələcək nəsillərə çatdırılması üçün çalışmaq olub.

1992-ci ildə Ermənistan Silahlı Qüvvələri tərəfindən Laçın rayonunun işğal edilməsi nəticəsində muzeyin binası və 200-ə yaxın eksponatı məhv edilmiş və talan olunub.

Bütün xəbərlər Facebook səhifəmizdə