“Qızıl Kəlmə” mükafatına əsərlərin qəbuluna start veriləcək

Bu ilin sonunda ölkəmizdə ali ədəbi mükafat hesab olunan “Qızıl Kəlmə” mükafatına əsərlərin qəbuluna start veriləcək. Hazırda bu müsabiqənin nominasiyaları, mükafat fondu və yenidən formalaşdırılacaq münsiflər heyəti üzərində işlər aparılır. Ötən illər üçün mükafatın münsiflər heyəti açıqlandığı üçün şəffaflığı və obyektivliyi təmin etmək məqsədilə yeni münsiflər müəyyənləşdiriləcək və müsabiqə bitənə qədər gizli saxlanılacaq.

SİA-nın məlumatına görə, bu barədə Mədəniyyət nazirinin birinci müavini, nazirin vəzifələrini müvəqqəti icra edən Anar Kərimov məlumat verib.

“Bu gündən elan edəcəyimiz vətənpərvərlik mövzusunda yeni ədəbi müsabiqə Azərbaycanın bugünkü hərbi uğurları, suverenliyi uğrunda rəşadətli döyüşü, şəhidlərimizin xatirəsinin əbədiləşdirilməsi üçün yeni ədəbi mətnlərin yaradılmasına xidmət edir. Həmçinin bu hadisələrin gələcək nəslə ən gözəl formada çatdırılmasına töhfə olacaq. Bütün qələm sahiblərini bu müsabiqədə yaxından iştiraka dəvət edirəm. Bu günlərdə Azərbaycan Televiziyasında unudulmaz şairimiz Cabir Novruzun “Sevin vətəni” şeirini dinlədim. Bu gün səmimi hisslərlə dolu, Vətən sevgisini özündə əks etdirən bədii nümunələrə ehtiyac var”,- deyə Anar Kərimov bildirib.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...