Erməni təxribatı nəticəsində Şeyx Babı türbəsinə ciddi ziyan dəyib

Sentyabrın 27-dən etibarən Ermənistan silahlı qüvvələrinin yenidən törətdiyi genişmiqyaslı təxribatlar nəticəsində düşmənin yaşayış məntəqələrinə istiqamətlənmiş atəş zərbələrindən biri Füzuli rayonunun Babı kəndinin yaxınlığında yerləşən qəbiristanlığa düşüb.

Mədəniyyət Nazirliyindən SİA-ya bildirilib ki, qəbiristanlıqdakı dövlət mühafizəsinə götürülmüş ölkə əhəmiyyətli tarix-memarlıq abidəsi olan Şeyx Babı türbəsinə ciddi ziyan dəyib.

Tarixi abidənin fasadı zədələnib və nəticədə türbə qəzalı vəziyyətə düşüb.

Bütün xəbərlər Facebook səhifəmizdə