Gənc vokalçı beynəlxalq müsabiqədə ölkəmizi uğurla təmsil edib

Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin G.Şaroyev adına 35 nömrəli onbirillik musiqi məktəbinin şagirdi İskəndər Həsənzadə bu il Makedoniyada onlayn formatda keçirilmiş “Musicland 2020” beynəlxalq müsabiqəsində ölkəmizi uğurla təmsil edib.

SİA-nın məlumatına görə, müsabiqənin nəticələrinə görə gənc azərbaycanlı vokalçı “Golden Musicland star” diplomuna layiq görülüb. Müsabiqənin prezidenti Toni Aleksovski tərəfindən ona gələn il layihədə iştirak etmək təklifi gəlib.

Qeyd edək ki, müsabiqədə 36 ölkənin təmsilçiləri iştirak edib.

Bütün xəbərlər Facebook səhifəmizdə