“YARAT”da təşkil edilən sərgilər ziyarətçilər üçün açıqdır

“YARAT” Müasir İncəsənət Mərkəzində açılan sərgilərlə hər kəsin tanış olmaq imkanı var. Növbəti sərgilərdən biri Amsterdamda yaşayan, kürd əsilli rəssam Ahmet Öğütün “Heç bir şeir şairini sevməz” sərgisidir ki, bu sərgi ilə hər kəs tanış ola bilər. SİA-nın məlumatına görə, ziyarətçilər sərgi ilə həftənin II, III, IV və V günləri, saat 12:00-dan 20:00-dək tanış ola bilərlər.

Binaya daxil olmazdan öncə, qeyd olunan qaydalara riayət etmək vacibdir. Məkana eyni vaxtda sadəcə 6 nəfər daxil ola bilər.

Tibbi maskaların və antiseptikin istifadəsi zəruridir.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...