"Qəlbimin palitrası” adlı kitabın təqdimatı və eyniadlı rəsm sərgisinin açılışı olacaq

Mədəniyyət Nazirliyi, Azərbaycan Rəssamlar İttifaqının dəstəyi, Azərbaycan Dövlət Rəsm Qalereyası və Xətai Sənət Mərkəzinin təşkilatçılığı ilə Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının dosenti, rəssam, şair Telman Abbasovun “Qəlbimin palitrası” adlı kitabının təqdimatı və eyniadlı rəsm sərgisinin açılışı olacaq.

SİA-nın məlumatına görə, oktyabrın 6-da saat 12:00-da Xətai Sənət Mərkəzində reallaşacaq tədbirin pandemiya səbəbindən müəyyən qaydalara əməl etməklə keçirilməsi nəzərdə tutulur. Tədbirə giriş qeydiyyatladır.

Tədbirdə iştirak etmək istəyənlər www.xsm.az saytında tədbirlər bölümünə daxil olub və ya birbaşa https://xsm.az/site/telmanabbasov/ linkində “Qəlbimin palitrası” afişasına toxunmaqla, özü haqqında qısa məlumatı (ad, soyad, əlaqə nömrəsi və email adresi) yerləşdirməklə qeydiyyatdan keçə bilərlər.

Telman Abbasovun şeirlər kitabını müəllifin öz imzası ilə əldə etmək, rəssamın yaradıcılığı ilə daha yaxından tanış olmaq, həmçinin rəssamın bir əsərinə sahib olmaq üçün şans biletini əldə etmək istəyən hər kəs tədbirdə iştirak edə bilər.

Sərgi 3 gün davam edəcək.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...