Komiks müsabiqəsi üçün müraciətlər açıq elan edilib

“Fumetto" beynəlxalq komiks festivalı Lütsern” 2021-ci il beynəlxalq komiks müsabiqəsi üçün müraciətləri açıq elan edib. SİA-nın məlumatına görə, bu ilin mövzusu “Sərhədsiz”dir.

Müsabiqəyə yalnız bir komiks təqdim edilə bilər. Şəkilli hekayə ən çoxu 4 səhifə, A4 və ya A3 formatında qəbul olunur.

Qaliblər pul mükafatı əldə edəcəklər.

Ətraflı məlumat almaq və müraciət etmək üçün https://www.fumetto.ch/en/ ünvanına daxil olun.

Bütün xəbərlər Facebook səhifəmizdə