Milli Xalça Muzeyi balacaları dəvət edir

Azərbaycan Milli Xalça Muzeyi həmişə olduğu kimi, balaca dostlarını sevindirməyə davam edir. Muzeydən SİA-ya bildirilib ki, hər həftənin IV günü saat 16:30-da muzeyin Uşaq şöbəsi tərəfindən “Cırtdan” kölgə teatrı göstəriləcək. Tamaşa surdo tərcümə ilə müşayiət olunacaq.

Muzeydə mövcud karantin qaydalarına, sanitar normalarına və metodiki göstərişlərin tələblərinə tam riayət olunur, tamaşaya 10 nəfərdən çox olmayan qruplar buraxılır.

Bütün xəbərlər Facebook səhifəmizdə