Milli Kitabxana “Üzeyir Hacıbəyli–135” adlı metodik vəsaiti virtual rejimdə təqdim edib
Sentyabr ayında Azərbaycanın görkəmli bəstəkarı Üzeyir Hacıbəylinin anadan olmasının 135 illiyi tamam olur. SİA-nın məlumatına görə, dahi bəstəkarın 135 illik yubileyi münasibətilə Milli Kitabxananın əməkdaşları tərəfindən “Üzeyir Hacıbəyli–135” adlı metodik vəsait hazırlanıb. Təqdim olunan bu vəsaitdə Üzeyir Hacıbəylinin həyat və fəaliyyəti haqqında məlumat, dahi bəstəkarın irsinin kitabxanalarda geniş təbliği məqsədilə müxtəlif tədbirlərin həyata keçirilməsinə dair tövsiyələr, “Üzeyir musiqi günü”nün keçirilməsi haqqında ümummilli lider Heydər Əliyevin Fərmanı, bəstəkarın həyat və fəaliyyətinin əsas tarixləri, görkəmli şəxslərin Üzeyir Hacıbəyli haqqında söylədiyi fikirlər və ədəbiyyat siyahısı verilib. Metodik vəsaitlə tanış olmaq istəyənlər
http://anl.az/down/Uzeyir%20Hacibeyli_135.pdf linkindən istifadə edə bilərlər.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB