Nursultan Nazarbayev azərbaycanlı yazarı təltif edib

Tanınmış yazar Əkbər Qoşalı Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevin 3 iyul tarixli təqdimatı, qardaş ölkənin Elbaşı Nursultan Nazarbayevin imzası ilə medalla təltif edilib.

SİA-nın məlumatına görə, medal Qazaxıstanın ilk Prezidenti Nursultan Nazarbayevin təşəbbüsü ilə qurulmuş və onun rəhbərliyi ilə fəaliyyət göstərən Qazaxıstan Xalq Assambleyasının yaradılmasının 25 illiyi münasibətilə təsis olunub.

Qeyd edək ki, Əkbər Qoşalı bundan əvvəl də qardaş ölkənin nüfuzlu “Alaş” Beynəlxalq Ədəbi Mükafatına, Tölegen Ayberqanov Ədəbi Mükafatına və “Gültekin” medalına, habelə Qazaxıstan Mədəniyyət-İdman Nazirliyinin fəxri fərmanına layiq görülüb.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...