“Durna balığı” onlayn göstəriləcək

A.Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrı iyulun 4-də rusdilli tamaşaçılar üçün maraqlı səhnə əsəri ilə onlayn çıxış edəcək. SİA-nın məlumatına görə, sənət ocağının kollektivi rus xalq nağılı əsasında hazırlanan “Durna balığı” tamaşası ilə teatrsevərlərin görüşünə gələcək.

Tamaşanın quruluşçu rejissoru Anar Məmmədov, quruluşçu rəssamı Əfşan Əsədovadır. Müxtəlif kukla mexanizmləri və canlı aktyor oyununun sintezindən ərsəyə gələn tamaşada balaca teatrsevərlər əsl nağıllar aləminə düşəcəklər.

Rolları teatrın rus bölməsinin aktyorları Rauf Babayev, Lina Məmmədova və Araz Həsənli ifa edirlər.

Qeyd edək ki, saat 12:00-da təqdim ediləcək səhnə əsəri teatrın “YouTube” kanalında nümayiş olunacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...