Xocalı soyqırımı qurbanlarının xatirəsinə həsr edilmiş anım konserti keçirilib

Fevralın 20-də M.Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasının kamera və orqan musiqisi zalında Xocalı soyqırımı qurbanlarının xatirəsinə həsr edilmiş anım konserti keçirilib.

SİA xəbər verir ki, anım konserti Xocalı soyqırımının 28-ci ildönümünə həsr olunub.

Anım konsertində filarmoniyanın solistlərinin ifasında Ü.Hacıbəyli, T. Bakıxanov, S.Hacıbəyov, S.Ələsgərov, A.Əlizadə, V.Adıgözəlov və F.Bədəlbəylinin əsərləri səslənib.

Xalq artisti Gülnaz İsmayılova isə dünya klassiklərinin əsərlərini ifa edib.

Bütün xəbərlər Facebook səhifəmizdə