"Arşın mal alan" anşlaqla keçib FOTOLAR

Azərbaycan Dövlət Akademik Opera və Balet teatrında dahi Üzeyir Hacıbəylinin "Arşın mal alan" operettası anşlaqla keçib. SİA-nın məlumatına görə, aktyorların oyunu, quruluşçu rejissorun işi (Əməkdar İncəsənət xadimi Hafiz Quliyev) alqışlarla qarşılanıb.

Tamaşada Xalq artisti Gülyaz Məmmədova, Əməkdar artistlər Ramil Qasımov, Tural Ağasiyev, Cahangir Qurbanovun, Gülüstan Əliyeva, İnarə Babayeva və başqaları rol alıb.

Qeyd edək ki, tamaşa Əməkdar artist Eyyub Quliyevin rəhbərliyi altında baş tutub.

Bütün xəbərlər Facebook səhifəmizdə