"Nə qədər ki, Azərbaycan var Ulu Öndər də onunla bərabər yaşayacaq"

"Qurtuluş Günü Azərbaycan xalqının tarixində ən əhəmiyyətli günlərdən biridir. Bu günlə bağlı çox söz demək olar. Çünki bu gün Azərbaycanın müstəqil olub-olmamasınının həll olunduğu gün idi. Əgər Ulu Öndər Heydər Əliyev Naxçıvandan Bakıya gəlməsəydi, Azərbaycana rəhbərlik etməsəydi, hərc-mərcliyi aradan qaldırmasaydı və qarşıdurmaları səngitməsəydi bizim müstəqilliyimiz böyük sual altına düşərdi".

Bu sözləri millət vəkili Fəttah Heydərov jurnalistlərə açıqlamasında deyib. O, əlavə edib ki, 15 iyun müstəqilliyimizin başlanğıc tarixidir: "Müstəqilliyimiz 1992-ci ildə rəsmi qaydada elan edilsə də, böyük təhlükə qarşısında idi. Hesab edirəm ki, müstəqilliyimizin doğum gününü Qurtuluş Günü ilə bərabər hesab etmək lazımdır. Heydər Əliyev müstəqil Azərbaycanımızın əbədiyyətə qədər davam etməsi, dünya dövlətləri arasında tanınması üçün böyük işlər görüb. O həmişə vardır, yaşayır və nə qədər ki, Azərbaycan var, Ulu Öndər də onunla bərabər yaşayacaq".

Bütün xəbərlər Facebook səhifəmizdə