Ermənilərin qanlı cinayətlərindən bəhs edən sənədli film çəkilib

“Azərbaycan Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyəti (QSC) “Erməni təcavüzünün qanlı səhifələri” sənədli televiziya filminin istehsalını başa çatdırıb. QSC-nin mətbuat xidmətindən SİA-ya bildirilib ki, AzTV ilə AMEA-nın Tarix İnstitutunun birgə layihəsi olan film ermənilərin 1918-ci il martın 31-də türk-müsəlman xalqlarına qarşı törətdikləri soyqırımının 100 illiyinə həsr olunub.

Ekran işində ermənilərin vəhşi cinayət əməllərinin qanlı səhifələri sənədlərin, şahidlərin və tarixçi alimlərin xarici dövlətlərin arxivlərindən üzə çıxardıqları yeni faktların dili ilə tamaşaçılara çatdırılır. Filmdə tarixçi-alimlər Güntəkin Nəcəfli, Kamran İsmayılov, İlqar Niftəliyev və Natiq Məmmədzadənin də fikirləri yer alıb.

Filmin elmi məsləhətçisi Milli Məclisin deputatı, akademik Yaqub Mahmudov, ssenari müəllifi Yaqub Əlioğlu, rejissoru Cəmil Fərəcov, operatoru isə Adil Abbasovdur.

Bütün xəbərlər Facebook səhifəmizdə