Mədəniyyət və Turizm Nazirliyinin elan etdiyi müsabiqənin qalibləri

Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 26 avqust 2014-cü il tarixli 292 nömrəli Qərarı ilə təsdiq edilmiş "Qeyri-hökumət təşkilatları tərəfindən mədəniyyət sahəsində keçirilən tədbirlərin dövlət maliyyələşdirilməsi Qaydası"nın 3-cü bəndinə uyğun olaraq, mədəniyyət sahəsində qeyri-hökumət təşkilatlarının fəaliyyətinin dəstəklənməsi məqsədi ilə 1 may 2016-ci il tarixinədək Mədəniyyət və Turizm Nazirliyi müsabiqə elan edib. SİA-nın məlumatına görə, müsabiqə Komissiyasına təqdim olunmuş 56 tədbir layihəsi təhlil edilərək aşağıda qeyd olunan layihələr qalib seçilib:

1."Sağlam Yaşa" Gənclərin Maarifləndirilməsi İctimai Birliyinin "Regionlarda yeni formalaşmış mədəniyyət müəssislərində Azərbaycanda yaşayan müxtəlif xalqların mədəniyyətlərinin təbliği" layihəsi

2."Sağlam Gəncliyə Doğru" İctimai Birliyinin "Keçmişdən gələcəyə! Gənclər arasında tarixi mədəniyyət abidələrinin təbliği" layihəsi.

"Üfüq" Gənclərin İnkişafı Naminə İctimai Birliyinin "Qarabağın maddi-mədəni irsin məhv edilməsi ilə bağlı İKT resurslarında təbliğat işinin gücləndirilməsi" layihəsi

3."Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqı" İctimai Birliyinin "Muğamın müasir dinləyiciləri" layihəsi

4."Folklor Ənənələrinin İnkişafına Dəstək" İctimai Birliyinin "Gənc Aşıqların respublika festivalı" layihəsi

5."Gələcək Naminə vətəndaş cəmiyyətinin inkişafına dəstək" İctimai Birliyinin "Ərənlər at belinə! region gəncləri arasında çövkən-at yarışlarının təşkili" layihəsi

6."Sosial-İqtisadi və Ekoloji İnkişaf" İctimai Birliyinin "Dağlıq Qarabağ münaqişəsi zamanı məhv olmuş maddi və mənəvi mədəniyyət nümunələri, tarix və mədəniyyət abidələri haqqında təbliğat işləri" layihəsi.

Bütün xəbərlər Facebook səhifəmizdə