"Kann"ın münsiflər heyəti bəlli oldu

69-cu Kann Film Festivalının münsiflər heyəti bəlli oldu. SİA-nın xarici mətbuata istinadən verdiyi xəbərə görə, bu haqda festivalın Təşkilat Komitəsi məlumat verib. Bildirilib ki, festivalın münsiflər heyəti dörd qadın, dörd kişi kinematoqrafçı olmaqla, ümumilikdə, səkkiz nəfərdən ibarətdir. Heyətin rəhbəri isə rejissor Corc Millerdir.

11-22 May tarixlərində keçiriləcək Kann Film Festivalında macar rejissoru Laszlo Nemes, fransalı Arnaud Despleçin, italiyalı rejissor Valeria Qolino, amerikalı aktrisa Kirsten Dunst, danimarkalı aktyor Mads Mikkelsen, kanadalı aktyor Donald Suzerland, fransız aktrisa Vanessa Paradis və iran rejissoru Katayoon Şahabi münsif kürsüsündə əyləşərək, yarışacaq filmləri dəyərləndirəcək.

Qeyd edək ki, yarışmada "Qızıl Palma" mükafatı uğrunda 869 ekran əsərinin arasından seçilmiş 17 film mübarizə aparacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə