Parisdə "Ceyms Bond" filminin 50-ci ildönümü münasibətilə, ekran əsərində istifadə olunan aksesuarlardan ibarət sərgi açılıb. SİA-nın xarici mətbuata istinadən verdiyi xəbərə görə, "Villet" sərgi salonunda təşkil olunan nümayiş 4 sentyabra qədər davam edəcək. Sərgiyə gələnlər ekran əsərində izlədikləri avtomobillər, silahlar, kostyumlar və çəkiliş zamanı çəkilən fotolar daxil olmaqla, 500-ə yaxın aksesuarı canlı seyr etmək imkanı əldə edə biləcək.

Qeyd edək ki, Yan Fleminqin kitabları əsasında lentə alınmış filmin çəkilişlərinə 1964-cü ildən etibarən başlanıb. Daha sonralar Ceyms Bond macəralarını Kinqsli Amis, Con Piarson, Con Qardner, Reymond Benson və Çarli Hiqson yazıblar. Dünyanın bir çox ölkələrində 24 "Ceyms Bond" filmi çəkilib.

Kubra Bayramova

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...