Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının səhnəsində Abdulla Şaiqin "Qaraca qız" əsəri əsasında hazırlanmış eyniadlı tamaşa nümayiş olunacaq. Teatrın mətbuat xidmətindən SİA-ya verilən xəbərə görə, aprelin 10-da baş tutacaq ikihissəli nağıl-tamaşanın quruluşçu rejissoru əməkdar artist Loğman Kərimov, quruluşçu rəssamı İlham Elxanoğlu, musiqi tərtibatçısı Həmid Kazımzadədir.

Səhnə əsərində əsas rolları xalq artisti Hacı İsmayılov, əməkdar artist Münəvvər Əliyeva, aktyorlar Xədicə Novruzlu, Nigar Məmmədova, Nigar Güləhmədova, Rövşən Kərimduxt, Elnar Qarayev və başqaları ifa edəcək.

Tamaşa təbii fəlakət nəticəsində valideynlərini itirən və bir qaraçı ailəsinin himayəsində böyüyən balaca Tutunun həyatından bəhs edir.

Qeyd edək ki, tamaşa teatrda ilk dəfə 2013-cü il martın 16-da səhnəyə qoyulub.

Bütün xəbərlər Facebook səhifəmizdə