Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında yeni əsərin səhnələşdirilməsi prosesinə start verilib. SİA-nın verdiyi məlumata görə, teatrda hazırlanan birinci əsər Hans Kristian Andersenin "Çirkin ördək balası" nağılı əsasında səhnələşdirilmiş eyniadlı tamaşadır. Tamaşanın quruluşçu rejissoru əməkdar artist Nicat Kazımov, quruluşçu rəssamı Elşən Sərxanoğlu, musiqi tərtibatı Zaur Rəşidov, baletmeysteri Nailə Məmmədzadədir. Tamaşada əsas rolları əməkdar artistlər Almaz Mustafayeva, Şəfəq Əliyeva, Elşən Rüstəmov, Leyli Vəliyeva, aktyorlar, Hüsniyyə Əhmədova, İlqarə Tosova, Günel Məmmədova, Zümrüd Quliyeva, Roza İbadova, Səbinə Məmmədova, Venera Abbasova, Anar Seyfullayev, Araz Pirimov, Müşfiq Əliyev, Elşən Hacıbabayev, Eşqin Quliyev, Rasim Cəfərov və başqaları ifa edəcəklər.

Nəzərinizə çatdıraq ki, uşaqlar üçün nəzərdə tutulmuş yeni tamaşanın premyerası bu ilin aprel ayında baş tutacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...