Çingiz Fərzəliyev mükafatlandırılıb

Azərbaycan Milli İncəsənət Muzeyinin direktoru professor Çingiz Fərzəliyevə Böyük Britaniyanın Kembric Universitetinin təsis etdiyi, Böyük Britaniyanın Beynəlxalq Bioqrafik Mərkəzinin "2014-cü il - İncəsənətdə görkəmli şəxs" mükafatı təqdim olunub. SİA-nın verdiyi məlumata görə, Çingiz Fərzəliyev bu möhtəşəm mükafatla bu ilin iyun ayında təsis edilib və 1-6 sentyabr tarixlərində Kembricdə keçirilən İncəsənət, Texnologiya və Kommunikasiya üzrə Beynəlxalq Konqresə dəvət olunub. Konqres çərçivəsində o, Böyük Britaniyanın Beynəlxalq Bioqrafik Mərkəzinin direktoru doktor Nikolas Lou ilə görülüb və mükafat bu görüş zamanı təqdim olunub. Xatırladaq ki, Çingiz Fərzəliyev "Azərbaycan rəngkarlığının antologiyası", "Azərbaycan Dövlət İncəsənət Muzeyi", "Azərbaycanın El sənəti", "Natürmort" və digər nəfis nəşrlərin müəllifidir. O, həmçinin Azərbaycan təsviri sənətinin 45 ustad sənətkarlarına həsr edilmiş 36 kitabdan ibarət nəşrlər silsiləsinin də müəllifidir.

Bütün xəbərlər Facebook səhifəmizdə