\"Bakı Kristal Zalı\" səhnəsində Bakıya sevgi etirafları səsləndi

"Eurovision 2012" mahnı müsabiqəsinin möhtəşəm \"Baku Criytal Hall\" səhnəsində final şousundaca Bakıya sevgi etirafları səslənib. SİA-nın builki mahnı müsabiqəsinin rəsmi saytına istinadən verdiyi məlumata görə, İsveç təmsilçisi Lorin (Loreen) Bakı səhnəsində perfomansını nümayiş etdirdikdən sonra Bakıya sevgi etirafını ifadə edib: \"İ love you Baku\" (\"Səni sevirəm, Bakı\") deyərək öz hisslərini Azərbaycan əhlinə çatdıran Lorinin bu sözləri coşğu ilə qarşılanıb.


Malta təmsilçisi Kurt Kalleya da səhnədə Azərbaycanı sevdiyini deyib. Malta təmsilçisi sevgisini \"Sevirəm səni, Azərbaycan\" sözləri ilə ifadə edib.


Bütün xəbərlər Facebook səhifəmizdə