Slovakiya təmsilçisi: \"Mən yumor hissinə malik insanları və həyatdakı ən gözəl nemətləri sevirəm\"- FOTOSESSİYA

\"Mən yumor hissinə malik insanları və həyatdakı ən gözəl nemətləri sevirəm. Bu, musiqi, idman, yoqa, sevgi və ya təbiət də ola bilər\". SİA-nın məlumatına görə, bunu Slovakiya təmsilçisi Max Jason Mai "Baku Crystal Hall"dakı ilk məşqindən sonra keçirdiyi mətbuat konfransında çıxışında bildirib.


Slovakiyalı təmsilçi jurnalistlərə musiqinin rok janrını bütün janrlardan yüksək qiymətləndirdiyini deyib. O, musiqinin dünyanı dəyişə biləcəyinə inandığını qeyd edib. 16 yaşından səhnədə olan Max Jason Mai şou göstərməkdən, gözəl performans nümayiş etdirməkdən zövq aldığını və hər kəsin də könlünü oxşamaq istəyində olduğunu vurğulayıb.


Bütün Avropadakı fanatlarının bu musiqi yarışmasında onun qələbə qazanacağına inandıqlarını qeyd edən müğənni onlardan böyük dəstək aldığını deyib.

Bütün xəbərlər Facebook səhifəmizdə