\"Eurovision\"un Azərbaycandakı rəsmi Fan Klubu video və foto müsabiqəsi qaliblərini mükafatlandırıb- FOTOSESSİYA

\"Eurovision\" mahnı müsabiqəsinin Azərbaycandakı rəsmi Fan Klubu video və foto müsabiqəsi qaliblərini mükafatlandırıb. SİA-nın məlumatına görə, Fan Klub \"Eurosel\" şirkətinin dəstəyi ilə keçirdiyi "Light your success" video-müsabiqəsinin və Embawood şirkətinin dəstəyi ilə keçirdiyi "Xoşbəxt ailə" foto-müsabiqəsinin qaliblərinin hədiyyələrinin təqdimat mərasimini keçirib.


Beynəlxalq Ailə gününə təsadüf edən təqdimat mərasimində hər iki müsabiqə qaliblərinin video çarxları və fotoları böyük ölçülü ekranda nümayiş olunub. Mərasimdə, Fan Klub üzvləri, müsabiqələri dəstəkləyən şirkət nümayəndləri, juri heyəti, müsabiqənin qalibləri və media nümayəndələri iştirak edib.


Eurosel şirkəti tərəfindən "Light your success" video-müsabiqəsinin ən yaxşı videosuna Gran Prix olaraq Canon 60D fotoapparatı, I, II və III yer sahiblərinə isə müvafiq olaraq, ipad 2, Nexus Azpad və Canon rəqəmsal fotoapparatı təqdim olunub.


"Xoşbəxt ailə" foto-müsabiqəsinin qaliblərinə Embawood şirkəti tərəfindən 1500, 1000 və 700 manatlıq hədiyyə kuponları, həmçinin 4-cü yerin sahibinə həvəsləndirici hədiyyə təqdim olunub.


Bütün xəbərlər Facebook səhifəmizdə