Azərbaycan Ordusunun Xankəndini atəşə tutması xəbəri yalandır MN

Ermənistan KİV-nin səhər saatlarından başlayaraq guya Azərbaycan Ordusunun bölmələrinin Xankəndini raket atəşinə tutması və nəticədə mülki əhaliyə maddi zərər vurulması barədə yaydığı xəbər yalandır və vəziyyətin gərginləşdirilməsinə yönəlib.

Müdafiə Nazirliyindən SİA-ya bildirilib ki, bölmələrimiz yalnız düşmənin atəş nöqtələrinə zərbələr endirir.

Bütün xəbərlər Facebook səhifəmizdə