“Hesab edirəm ki, biz bir neçə ay ərzində sülh sazişini yekunlaşdırıb imzalaya bilərik. Ermənistan tərəfi eyni iradə nümayiş etdirsə, zənnimcə, bu, realdır. Biz sülh sazişinin üzərində qurulmalı olduğu beş baza prinsipini irəli sürdük və Ermənistan bunu qəbul edib”, - Bu barədə Azərbaycan prezidenti İlham Əliyev İtaliyanın “İl Sole 24 Ore” qəzetinə müsahibəsində deyib.
Bu, Ermənistan rəhbərliyinin şərtləri qəbul etməyə məcbur olacağına əmin olan bir adamın sözləri idi. Bəli, İlham Əliyev bu açıqlamanı çox incə bir şəkildə söylədi. Lakin dövlətimizin başçısının İtaliya mətbuatı vasitəsilə verdiyi açıqlamanın mahiyyəti hər bir erməni üçün narahatlıq yaratdı. Reallıq budur ki, Ermənistan məğlub, həm də zəif ölkədir, işğalçıdır və haqlı tərəf deyil.
Ermənistanda özünü siyasətçi hesab edənlər də, hakimiyyəti təmsil edənlər də reallığı yozmaqla, məğlubiyyətə rəng verməklə məşğuldurlar. Azərbaycanın qələbəsini həzm edə bilmirlər. Kimsənin qınaq obyekti olmamaq, daha doğrusu indiyədək bütün dünyaya ixrac etdikləri yenilməzlik, məğlubedilməzlik mifini səndərmamaq üçün guya, Azərbaycanın bu müharibədə iri dövlətlərin imkanlarından istifadə edərək qələbə qazandığını kütləyə sırımağa çalışırlar.
Ermənistanın ideoloqları əvvəlcə bütün günahları Nikolun üzərinə atmaqla məğlubiyyət damğasını xalqın, ordunun üzərindən götürməyə cəhd etdilər. Amma “üzürü günahından böyük” olduğunu anlayıb 44 günlük müharibədə ermənilərin düşdüyü miskin durumun səbəb və nəticələrini, günahını Azərbaycanın guya işğalçı siyasət yürütməsi üzərində kökləməyə çalışdılar. İndiki reallıq budur ki, Ermənistan 30 il ərzində Azərbaycanın müxtəlif tribunalardan rəsmi İrəvan haqqında səsləndirdiyi fikirləri sözbəsöz təklarlayır. Bizi işğalçı adlandırır, ərazilərdən geri çəkilməyimizi tələb edir, “qaçqın və köçkünlər”in öz “doğma yurdlarına” qayıtmalarını beynəlxalq təşkilatlardan tələb edir, hətta beynəlxalq norma və prinsiplərə rəsmi Bakının əməl etməsini tələb edir. Bir cümlə ilə Ermənistanın iddialarına cavab vermək olar, sizin üzünüz əcdadınız olan meymunların ayıb yeri kimi qırmızıdır, nə dünya qanunlarına, nə də cəngəllik qanunlarına tabe deyilsiniz. Çünki, 30 il ərzində Azərbaycan torpaqlarından çəkilmənizi, qaçqın və köçkünlərin öz yurdlarına qayıtmasına şərait yaratmanızı və həm də bütün bu proseslərin qansız-qadasız baş verməsini istədi, əgər bu olmazsa müharibənin olacağı xəbərdarlığını da etdi. Amma siz qanmadınız, erməni tərəfinizə saldınız...
1990-cı illərin əvvəllərində Azərbaycanı məğlub edərək ermənilər bu qələbəni uzun bir tarixin başlanğıcı deyil, sonu hesab etdilər. Özlərini əmin etdilər ki, bu qələbə əbədidir, Azərbaycan bununla barışıb və heç vaxt qisas haqqında düşünəcək qədər güclü ola bilməyəcək. Ermənistan və ermənilər həqiqəti eşitməkdən və anlamaqdan imtina edərək reallıqlara deyil, illüziyalara diqqət yetirdilər. Azərbaycan isə öz planlarını gizlətmədi. Qələbəyə hazırlaşdı, ordusunu gücləndirdi, iqtisadiyyatını inkişaf etdirdi, bir sözlə azadetmə müharibəsinə tam ciddi şəkildə hazırlaşdı. Bu gün ermənilər bir həqiqəti də etiraf edirlər ki, “Heydər Əliyevə “Əsrin müqaviləsi” ni imzalamağa, onu reallaşdırmağa icazə verəndə artıq uduzmuşduq”. Bəli Ermənistanın , o cümlədən dünya ermənilərinin etmək istədikləri, lakin güclərinin yetmədiyi bir faktor – Heydər Əliyev reallığı idi. 1988-1993-cü illərdə, Azərbaycan hakimiyyətində səriştəsizlərin, hakimiyyət, idarəetmə, dövlətçilik ənənələrinə yad olanların zamanında torpaqlarımızı işğal edənlər düşünürdülər ki, onlar üçün ən böyük maneə - Heydər Əliyevdir. Və onu da yəqin etmişdilər ki, Ulu Öndər hakimiyyətə bir daha gəlməyəcək. Amma yanıldılar, həm də çox yanıldılar…
Ermənistanın bütün hökmdarları özlərini elə aparırdılar ki, sanki belə aydın və aşkar təhlükə yox idi. Nəticədə ermənilər hakimiyyəti Robert Köçəryana verən Ter-Petrosyanı əldə etdi və Ermənistana və işğal altındakı Qarabağa pul inəyi kimi baxan klanın uzun müddət idarəçiliyinə imkan verdi. Əslində, erməniləri inandırdılar ki, ordu güclü və yenilməzdir, dünya ermənilərin tərəfindədir, Azərbaycan isə zəif və qorxaqdır.
Bəli, yalan danışdılar. Amma ermənilər onlara inandı. Bu yalana inanmaq ermənilər üçün xoş, sakit və sərfəli idi. Nikol və onun komandasının dediklərinə inandıqları kimi... Ermənilər özlərini əmin etdilər ki, Ermənistanda demokratiyanın qələbəsi bütün demokratik dünyadan dəstəyin, o cümlədən Qarabağ üçün təhlükəsizlik təminatıdır. Bu baş vermədi. Qərb artıq düzgün mövqeyini nümayiş etdirir. Guya “qırmızı xətti” keçən Azərbaycanı cəzalandırmağı yox, onunla sərfəli iş aparmağı üstün tutdu. Rusiya da eyni şeyi etdi. Baxmayaraq ki, Ermənistanın qarşısında konkret müttəfiq öhdəlikləri var idi.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB