Qonşu olmaqda bəxtimiz gətirməyib. Zaman-zaman ərazilərimizdən ağızları tutacaq qədər pay qoparanların əhatəsində mücadilə aparırıq. Artıq neçə əsrdir ki, içimizə bir ilan da salıblar. Bu ilan həm hiyləgər, həm qorxaq, həm də üzündə şeytan tükü olan birisidir. Bəli, söhbət ermənilərdən gedir. Deyirəm, adamın düşməni də olanda, gərək mərd düşmən olsun, heç olmasa üstündən kişi iyi gəlsin. Bunların üstündən hər pisliyin iyi gəlir…

Çar Rusiyasının süqutu, bolşeviklərin zühru ilə ermənilər də oyandılar. Müsəlman-türk ölkələrinin, daha doğrusu Azərbaycanın dədə-baba torpaqları hesabına özlərinə Ermənistan adlı qondarma dövlət yaratdılar. Çar Rusiyasının xələfi SSRİ dağılanda Qarabağa çoxdan dikilən gözləri bir az da bərəldi, mədələrinə iştah gəldi. Yenə ağalarının maliyyə, silah və digər dəstəkləri hesabına bütün dünya tərəfindən tanınan sərhədlərimizə təcavüz etdilər, Azərbaycanın 20 faizini ələ keçirdilər, Ermənistandan və Qarabağdan 1 milyondan artıq soydaşımızı isti yuvalarından didərgin saldılar. Kimsənin tükü də tərpənmədi. Əvəzində bizə ağıl dərsi keçməyə qalxdılar, Qarabağın Ermənistana verilməsini “tövsiyyə” etdilər. Bircə beynəlxalq norma və prinsiplər yadlarına düşmədi, ermənilərə olan sevgilərini öz ərazilərindən pay verməklə göstərmək cəsarətləri olmadı onlarda. Başqasına etdikləri ağıllı təklifdən özlərinə rəva görmədilər. Əslində beynəlxalq münasibətlərdə bəlkə də misli görünməmiş ədalətsizliyə, ikili standartlara yol verməklə dünyada olan hörmət-izzətlərini də itirdilər. Dünyanın 3 nəhəng dövləti, adlarını dilimizdə tələffüz etməyə rəva bilmədiyimiz (yalançı, ikiüzlü olduqları üçün – müəl.) Rusiya, ABŞ və Fransa kimi supergüclər Qarabağın Azərbaycana məxsus olması barədə obyektiv qərarın verilməsinə cəsarətləri çatmadı. Təbii ki, bu da onların bədnam maraqlarından, xislətlərindən, xristian qardaşlarını aşağılamamaq istəyindən irəli gəlirdi.

30 il Qarabağa azadlıq tələb edən Azərbaycan ərazi bütövlüyünü bərpa etmək niyyətini ortaya qoyaraq, beynəlxalq qanunlara istinad edərək, BMT-nin 4 mühüm qərarını əsas götürərək, 27 sentyabr 2020-ci ildə Ermənistanın təxribatlarına cavab olaraq işqal edilmiş ərazilərdə hərbi əməliyyatları genişləndirərək Vətən müharibəsi statusuna qədər davam etdirdi. 44 gün ərzində qanunsuz erməni silahlılarını, terrorçu tör-töküntüləri, separatçı ünsürləri ölkəmizin hüdudlarından kənara atdı. Şuşanın azad edilməsindən sonra ermənilər böyük qardaşları hesab etdikləri Rusiyaya, Fransa və ABŞ-a kömək üçün, heç olmasa müharibəni, Azərbaycan ordusunun hücumunu dayandırmaq üçün yalvardılar. Nəhayət çox yalvarışdan sonra 9 noyabr 2020-ci il tarixində Azərbaycan, Rusiya və Ermənistan arasında üçtərəfli Bəyanat imzalandı. Bu sənədin bir maddəsi də erməni silahlı qüvvələrinin Qarabağdan və bütün Azərbaycan ərazilərindən çıxarılması ilə bağlı idi. Amma bu gün nə baş verir? Ermənistan açıq şəkildə Bəyanatın 4-cü bəndində yazılan “Rusiya Federasiyasının sülhməramlı kontingenti erməni silahlı qüvvələrinin çıxarılması ilə paralel şəkildə yerləşdirilir” cümləsini açıq şəkildə inkar edir.

Bəli, Azərbaycan çoxsaylı müraciətlərdən sonra müharibəni ona görə dayandırmadı ki, Ermənistan yenidən Qarabağda əsgər saxlasın, səngər qazsın, minalar basdırsın, status tələb etsin, təxribatlar törətsin. Amma görünən budur ki, ermənilər hələ də nə baş verdiyini anlamayıblar. Yenə təxribat xəbərləri gəlir, deyəsən İrəvandakılar ABŞ, Rusiya, Fransa, İran və İsrailin xüsusi xidmət orqanlarının rəhbər şəxslərinin Ermənistana baş tutan səfərlərindəki məqsədi başqa yerə yozublar, yaxud da bundan ruhlanıblar. Belə olmasaydı Ermənistanın Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan dünən bir, bu gün başqa fikir səsləndirməzdi. Bəyanatın bir bəndində 3 il ərzində Laçın dəhlizinə alternativ yolun çəkilişi məsələsindən danışılır. Bu gün artıq Azərbaycan tərəfi yolun 80-90 faizini inşa edib. Amma A.Qriqoryan hesab edir ki, bu yolu çəkərkən Azərbaycan tərəfi məsələni nə Rusiya, nə də Ermənistanla razılaşdırmayıb. Bu ikiayaqlı hələ də başa düşmür ki, yolun Azərbaycan ərazisindən necə və hansı istiqamətdə çəkilməsinin heç kimə aidiyyəti yoxdur. Yol budur, gedirsən get, getmirsən…

Əlbəttə, Ermənistan Təhlükəsizlik Şurasının katibinin bu iddiaları əsassızdır, Bəyanatın ruhuna uyğun deyil. Buna baxmayaraq bir məsələ diqqətdən yayınmır, Ermənistana və onu idarə edənlərə nə olub, niyə onlar tez-tez fikirlərini dəyişir, dürüst olmağa çalışmırlar? Yadınıza qondarma Ermənistanın ikinci və üçüncü prezidentləri Robert Koçaryanla, Serj Sarkisyanın “tualet bəhanəsi” güşdü. Hər iki prezident bir-birinin hətrəkətini təkrarlamaqla bir nüansı təsdiq ediblər ki, bu ölkə ilə qonşu olmaq bir problemdir, amma bu kontoru idarə edənlərlə də ehtiyatlı davranmaq lazımdır, hər dediklərinə inanmamaq, çomağı da yerə qoymamaq ən doğru addımdır. Hər an səni dişləyə, fikirlərini dəyişə, sözlərinin altından qaça bilərlər. Amma reallıq budur ki, başqa havasına oynayan ermənilərin bir gün bizim havamızla da rəqs edəcəkləri gün uzaqda deyil. Sadəcə, vaxt məsələsidir…

V.VƏLİ

Bütün xəbərlər Facebook səhifəmizdə